11 erməni hərbçisi yaralanıb - FOTO

11 erməni hərbçisi yaralanıb -  FOTO backend

Ermənistanda İrəvan-Meğri avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 hərbçi yaralanıb.

Məlumatı “Shamshyan” yayıb.

Bildirilib ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan “KamAZ” yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

loading...
Diaspora