Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
APA xəbər verir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.
Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.
Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.
Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.