Gəncə sakini həyat yoldaşını qətlə yetirib - YENİLƏNİB

Gəncə sakini həyat yoldaşını qətlə yetirib -  YENİLƏNİB backend

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

***

18.16

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın xəstəxanada keçinib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora