İstirahətdən qayıdandan sonra xanımını 22 bıçaq zərbəsi ilə öldürüb

İstirahətdən qayıdandan sonra xanımını 22 bıçaq zərbəsi ilə öldürüb backend

Bir neçə gün əvvəl Abşeronda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Qaziler.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ilkin araşdırmalar zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın həyat yoldaşı 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov tərəfindən 22 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

 

Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar birlikdə istirahətə gediblər. Ümumilikdə isə bir-biri ilə sevib evlənən cütlüyün arasında ciddi problemin olması barədə qohumlarının məlumatı olmayıb.

2 övladı olan ailədə qətl hadisəsinin qəfil yaranmış söz-söhbət nəticəsində qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Belə ki, Q.Şahməmmədov ifadəsində həyat yoldaşını çox sevdiyini, onu öldürməklə bağlı əvvəldən hər hansı fikrinin olmadığını bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Diaspora