Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Qaziler.az Report.az-a istinadla xəbər verir ki, hadisə P.Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlu isə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.
Orda çalışan digər fəhlə, 1989-cu il Səfərov Nurəddin Ağadi oğlu da zəhərlənib. Onun vəziyyəti normallaşıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, "Təyyarə meydanı" adlanan yaşayış ərazisində kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.