Biləsuvarda fəhlələr tullantı qazından zəhərləndi - ölən var

Biləsuvarda fəhlələr tullantı qazından zəhərləndi -  ölən var backend

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora