Şəhid qardaşının müəmmalı ölümü - Qohumları danışdı

Şəhid qardaşının müəmmalı ölümü -  Qohumları danışdı backend

Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı Məhəmməd Rəfiyev dünyasını dəyişib. Siyəzən şəhər sakini 13 yaşlı Məhəmməd evdə yemək yeyən zaman boğulmağa başlayıb.

 

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, şəhid qardaşının həyatını xilas etmək mümkün olmayıb.

 

Şəhidin qohumlarının Modern.az-a verdiyi məlumata görə, Məhəmmədin səhhətində heç bir problem olmayıb, onun halı qəfil pisləşib. Yeniyetmə gecə saatlarında xəstəxanaya yerləşdirilib, orada dünyasını dəyişib. 

 

Onun ölüm səbəbi hələlik dəqiq bilinmir. Ekspertizanın nəticələrindən sonra Məhəmməd Rəfiyevin ölümünün gerçək səbəbi məlum olacaq.

 

Qeyd edək ki, Məhəmməd qardaşı şəhid olandan sonra ailənin yeganə övladı idi. O, Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurdu.

Diaspora