Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb? backend

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.

Qaziler.az Report-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".

Tələbə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Diaspora