Evində yanaraq ölən müəllimin qətlə yetirildiyi məlum olub

Evində yanaraq ölən müəllimin qətlə yetirildiyi məlum olub backend

Bakıda mənzildə yanğın zamanı meyiti aşkarlanan 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının qətlə yetirildiyi məlum olub.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, araşdırılma zamanı qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin təfərrüatının müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. Cinayətin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, mayın 26-da paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Diaspora