Qaradağda yanaraq ölən qadın müəllim imiş - YENİLƏNİB - FOTO

Qaradağda yanaraq ölən qadın müəllim imiş -  YENİLƏNİB - FOTO backend

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən yanğında ölən şəxs müəllim imiş. 

Oxu.Az-ın məlumatına görə, Həsənova Xuraman Feyzulla qızı Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyirmiş.

 

09:24

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 kv. m sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının tavanı 4 kv. m sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Diaspora