Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər gəlməyib. Vilyam Hacıyevin vəkili zərərçəkmişlərin prosesə məcburi gətirilməsi barədə vəsatət qaldırıb.
"Zərərçəkmişlər məcburi gətirilməlidir. Bu onların istəyi ilə deyil. Xahiş edirəm vəsatət təmin edilsin", - vəkil bildirib.
Daha sonra prosesdə çıxış edən təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, sərbəst ifadə verməyə hazır deyil: "Mən ifadə verəcəyəm, amma hazır deyiləm. Birinci zərərçəkmişlərin nümayəndəsi ifadə verməlidir. Mən bilmirəm ki, hansı istiqamətdə ifadə verməliyəm. Bilim ki, günahım nədir, onda ifadə verim. Mən hazır deyiləm".
Hakim Vilyam Hacıyevə ifadə vermək üçün vaxt verib.
Məhkəmə növbəti iclası mayın 27-ə təyin edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.