Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı  RƏSMİ AÇIQLAMA backend

Bakıda internat məktəbində yaşayan şagirdin ölümü ilə bağlı açıqlama verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyindən bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub:

“Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından “Təcili Tibbi Yardım” çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq, 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu  ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir.

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb.

Diaspora