Ata ilə iki aylıq qızının da həlak olduğu dəhşətli qəza ilə bağlı RƏSMİ açıqlama

Ata ilə iki aylıq qızının da həlak olduğu dəhşətli qəza ilə bağlı  RƏSMİ açıqlama backend

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən daxil olan məlumatda deyilir:

"Bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır".

loading...
Diaspora