Beş gündür itkin düşən Aprel döyüşlərinin iştirakçısı tapıldı - YENİLƏNİB

Beş gündür itkin düşən Aprel döyüşlərinin iştirakçısı tapıldı -  YENİLƏNİB backend

Beş gündür itkin düşən Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Famil Quliyev tapılıb. 

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

11:54

Masallı rayon sakini 5 gündür evdən çıxıb və geri qayıtmayıb. 

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib. 

Bildirilib ki, 1996-cı il təvəllüdlü Famil Quliyev evdən çıxan zaman üzərində pul olmayıb:

“Aprel döyüşlərinin iştirakçısıdır. Beş gündür evdən çıxıb, qayıtmayıb. Ən son onu Bakı şəhərində görüblər, amma biz bilmirik ki, oğlum pulu olmadan ora necə gedib.  

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza bildirilib ki, həmin şəxsin yaşadığı ünvanı tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət olunub:

“Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir”.

Qeyd edək ki, F.Quliyevin psixoloji problemləri var. 

loading...
Diaspora