Lənkəran Dövlət Universitetinin intim videosu yayılan müəllimi tədrisdən uzaqlaşdırılıb.
Bu barədə universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.
E.İsmayılovanın sözlərinə görə, hazırda araşdırma davam edir: “Universitet rəhbərliyi Daxili İşlər Nazirliyinin araşdırmasının nəticəsini gözləyir, yekun qərar veriləcək. Universitet üzərinə düşəni edib və müəllimi tədris prosesindən uzaqlaşdırıb”.
Demokrat.az