Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, rayonun Sütəmurdov kəndi ərazisində 1995-ci il təvəllüdlü Zakir Əbülfəz oğlu İbrahimzadə bıçaqlanıb.
27 yaşlı rayon sakini sol budun orta üçdəbirinin iç səthinin deşilmiş-əzilmiş yarası diaqnozu ilə aqonal vəziyyətdə (canvermə) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralını xəstəxanaya çatdırdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.