İsrailin Elad şəhərində terror aktı törədilib.
Bu barədə “Report” yerli mətbuata xəbər verir.
İlkin məlumata görə, bıçaqla silahlanmış şəxs insanlara hücum edib. Hücum zamanı 3 nəfər ölüb, daha bir neçə nəfər ağır yaralanıb.
Media hücumun 40 yaşlı kişi tərəfindən kəsici alət olan dəhrə ilə həyata keçirildiyini bildirir. Qeyd edilir ki, o, zərərsizləşdirilib.
Hücum terror aktı kimi qiymətləndirilir.
Sakinlərə küçələri tərk etmək və evdə qalmaq tövsiyə edilib.