Bu gün səhər saatlarında Zaqatalada intihar hadisəsi baş verib.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
Uzun müddət Zaqatala Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik edən Mehdi Seyidov özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.