Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar başlayıb.
Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.
Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.