Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov mediada onun haqqında yayılan görüntülərə münasibət bildirib.
Qaziler.az bildirir ki, bununla bağlı E.Rəhimov Oxu.Az-a özəl açıqlama verib.
O bildirib ki, videonu izləyib: “Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır”.
E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: “İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır”.
E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: “Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam”.
Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.
Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.