Ermənistandakı hərbi hissələrdən birində əsgər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 28-i, saat 19.20 radələrində N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib” – deyə məlumatda bildirilir.
Faktla bağlı təhqiqat aparılır.
APA