Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sıxlıq yarandı

Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sıxlıq yarandı backend

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Qaziler.az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məsələ ilə bağlı qeyd edib ki, ehtiyat qatarlardan birinin xətdən çıxarılması interval artmasına səbəb ola bilər:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə hərəkəti sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”,- deyə B.Məmmədov bildirib.

Diaspora