Özünü ağacdan asan 23 yaşlı qazinin intihar səbəbi AÇIQLANDI - YENİLƏNİB

Özünü ağacdan asan 23 yaşlı qazinin intihar səbəbi  AÇIQLANDI - YENİLƏNİB backend

Aprelin 22-də Qusar rayonunun Əniq kəndində Vətən Müharibəsi qazisi Feyruz Qəhrəmanov intihar edib. Psixoloji problemlər yaşayan müharibə iştirakçısı, məhz bu səbəbdən canına qəsd edib.

Bu barədə Modern.az-a Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov məlumat verib.

“YAŞAT Fondu tərəfindən onun müalicəsi üçün 7300 manat pul köçürülmüşdü. Davamlı olaraq müalicə edilsə də, nəticəsi olmadı. Biz icra nümayəndəliyi olaraq onunla daim görüşürdük, psixoloji söhbətlər aparırdıq", - icra nümayəndəsi deyib.

Baba Məcidovun sözlərinə görə, 1999-cu il təvəllüdlü Feyruz subay olub:

"Çox mehriban, yaxşı ailəsi var. Müalicə aldığı müddətdə kənd təsərrüfatı işləri ilə məşğul idi, həmişə at belində olardı. Allah rəhmət eləsin. Heyif, onun kimi gözəl bir insan həyatını itirdi”.

15:12

Qusarda Qarabağ qazisi özünü asıb.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 21-i gecə saatlarında rayonun Əniq kəndində baş verib.

Belə ki, kənd sakini Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki. F. Qəhrəmanov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurdu.

Diaspora