Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATI

Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin  TƏFƏRRÜATI backend

Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

Bu barədə Lent.az-a Günay Cabbarovanın qonşuları bildirib. 

Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda polisin nişanlısını öldürdükdən sonra intihar etməsi ilə bağlı məlumat yayılıb. 1989-cu il təvəllüdlü, polis mayoru Tural Akif oğlu Aslanov Xəzər Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərib.

Diaspora