Bakıda polis nişanlısını öldürüb, daha sonra intihar edib - YENİLƏNİB

Bakıda polis nişanlısını öldürüb, daha sonra intihar edib -  YENİLƏNİB backend

Bakıda polisin nişanlısını qətlə yetirməsi, daha sonra intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva Apa-ya bildirib ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) və 125-ci ( intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.

13.48

***

Bakıda polis nişanlısını qətlə yetirib, daha sonra intihar edib.

Bu barədə Apa-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib. Məlumata görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.

Diaspora