Ukraynada yaşayan azərbaycanlı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Qaziler.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Esmira Qasımova məlumat verib.
O bildirib ki, əsir düşən şəxs əmisi oğlu Hafiz Qasımov uzun illər Ukraynada yaşayıb:
“Əmim oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti, Enerqodar şəhərində ruslara əsir düşüb. Uzun illərdir ki, (1980-ci illərdən) Ukraynada yaşayır. 62 yaşı var”.