Bakıda 15 yaşlı oğlanın anasını öldürdüyü anın görüntüləri - VİDEO

Bakıda 15 yaşlı oğlanın anasını öldürdüyü anın görüntüləri -  VİDEO backend

Metronun “Neftçilər” stansiyasının qarşısında oğulun anasını bıçaqladığı anın görüntüləri yayımlanıb.

Sözügedən video sosial şəbəkələrdə yayımlanıb.

Xatırladaq ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Dəhşətli anın görüntülərini təqdim edirik:

Qeyd edək ki, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Diaspora