Gəncədə ana olan yeniyetmə ikinci dəfə 14 yaşında ailə qurubmuş - TƏFƏRRÜAT

Gəncədə ana olan yeniyetmə ikinci dəfə 14 yaşında ailə qurubmuş - TƏFƏRRÜAT backend

Gəncədə 16 yaşında ana olan qızla bağlı detallar ortaya çıxıb.

Lent.az-ın xəbərinə görə, 16 yaşlı L.Ə. iki il qabaq 1993-cü il təvəllüdlü İbrahim Orucovla ailə həyatı qurub.

Ailə Gəncə şəhəri Adil Ziyadxanov küçəsində yaşayıb.

Qonşuların və İbrahim Orucovun bacısı bildirib ki, L.Ə. onların qohumudur: 

“Bu, qızın ikinci evliliyidir. İki il bundan qabaq evləniblər. Lakin o, ərə gələndə 18 yaşının olduğunu və şəxsiyyət vəsiqəsinin olmadığını deyib. Zahiri görkəmindən onun 18 yaşdan yuxarı olduğunu düşünmək olar. L.Ə. uşaq dünyaya gətirənədək onun 16 yaşı olduğunu bilməmişik”.

Diaspora