Azərbaycanda 22 yaşlı tələbə qəflətən vəfat edib.
Bu barədə Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib.
Bildirilib ki, Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, Sona Qarazadə universitetin əlaçı tələbələrindən idi.
