Ukraynada vağzalın raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 50-ə çatıb - Yenilənib - FOTO

Ukraynada vağzalın raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 50-ə çatıb -  Yenilənib - FOTO backend

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Ölənlərdən 5-i uşaqdır.

İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.

*****

16.16

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

UNIAN xəbər verir ki, onlardan 4-nün uşaq olduğu bildirilir. 

Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur. 

*****

12:58

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

UNIAN xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”. 

O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.

Diaspora