Azərbaycanda şirkət sahibinin qalstukla asılmış meyiti tapılıb - TƏFƏRRÜAT - YENİLƏNİB

Azərbaycanda şirkət sahibinin qalstukla asılmış meyiti tapılıb -  TƏFƏRRÜAT - YENİLƏNİB backend

Azərbaycanda yaşadığı evdə meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, mərhum 35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış. Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.

Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12:58

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələ ki, onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Diaspora