Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində “KamAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə.H.-nin sağ ayağının üzərindən keçib.
Ağır xəsarət alan azyaşlı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.