Qobu qəsəbəsində avtomobilin iki məktəbli qızı vurmasını əks etdirən görüntülər yayılıb. Kamera görüntülərindən məlum olur ki, hadisə fevral ayının 4-də baş verib.
Bununla bağlı Axar.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib ki, hadisəni 70 yaşlı kişi törədib.
“Hadisə zamanı məktəbliləri vuran şəxs onları təcili xəstəxanaya çatdırıb. Şəxs haqqında şikayət yoxdur. Hazırda məktəblilərin hər ikisi ambulator müalicə almaq məqsədilə evə buraxılıb. Məsələ ilə bağlı hazırda Abşeron rayon Polis İdarəsində tədqiqat aparılır. Ekspertiza araşdırmasının nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - N.Əliyev deyib.