Gecə klubunda partlayış zamanı yaralanların sayı açıqlandı

Gecə klubunda partlayış zamanı yaralanların sayı açıqlandı backend

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

"Report" xəbər verir ki, bunları Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.

"Hadisə yerinə 35 təcili tibbi yardım briqadası göndərilib. Hal-hazırda da həkimlər orada çalışırlar. Saat 4:30-a olan məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Yaralılardan 13-ü kişi, 11-i qadındır. Təcili tibbi yardım briqadalarının həkimlərindən aldığımız məlumata görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb. Lakin müxtəlif dərəcəli travmalılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni xəbərlər daxil olan kimi əlavə məlumatlar veriləcək", - nazirlik rəsmisi əlavə edib.

 

 

 

Diaspora