Rusiya hərbçiləri tərəfindən zorlanan ukraynalı qadın ilk dəfə yaşadığı dəhşətdən danışıb. 33 yaşlı ukraynalı qadın Natalya (əsl adı dəyişdirilib) sərxoş rus əsgərləri tərəfindən dəfələrlə, bir neçə saat zorlandığını bildirib.
Rus hərbçiləri qadının Kiyev vilayətindəki evlərinin həyətində onun həyat yoldaşını güllələyiblər.
Qaziler.az Ukraynada baş verən bu tükürpədən hadisəni “The Times”a istinadən təqdim edir:
"Natalya xatırlayır ki, qaçmasın deyə rus hərbçiləri onun maşınını sındırıblar. Ggecə ərini güllələyiblər. Həlak olan ərinin cəsədi darvazanın yanında qalıb.
Bütün bu müddət ərzində Natalyanın 4 yaşlı oğlu da evdə olub və gizlənib. İki işğalçı qadını soyunmağa məcbur edib və növbə ilə silahı gicgahına tutaraq ona təcavüz ediblər. Qadının sözlərinə görə, onlar çox sərxoş olublar. Təcavüzkarlar yuxuya getdikdən sonra qadın oğlu ilə birlikdə qaçmağı nail olub. Hazırda oğluyla birlikdə Ternopolda qohumlarının yanındadır.
Natalya 4 yaşlı oğluna nəşini dəfn edə bilmədiyi atasının öldüyünü hələ də deyə bilməyib: “Uşaq meydançada insanlara yaxınlaşıb deyir ki, müharibə olduğu üçün evimizi tərk etməli olduq, evdə quldurlar var idi, amma atam qaldı. Oğlum atasının öldüyünü bilmir”.
Bundan əvvəl Baş prokuror İrina Venediktova Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən bir qadının zorlandığına dair şübhələrin olduğunu bildirib. Həmin şəxslər axtarışa verilib və həbs edillmələri üçün məhkəməyə vəsatət göndərilib.
Sosial şəbəkələrdə də bu cinayətkarlar haqqında məlumatlar yayılıb. Hətta rus komandir Mixail Romanov və ailəsinin fotosu da paylaşılıb. Natalyaya təcavüz edən o imiş. Artıq onun Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edildiyi deyilir".