Niderlandın şimalındakı Zvolle şəhərində silahlı hücum zamanı türk bacı-qardaş öldürülüb.
Bu barədə “Haber Global” xəbər verib.
Ailənin yaxınları bildiriblər ki, hadisə zamanı qətlə yetirilənlər türk dilli xəbər saytının sahibi H.T. və qardaşı A.T.-dır.
Niderland polisi açıqlamasında hadisənin “Fast food” restoranına hücum edən şəxsin atəş açması nəticəsində baş verdiyini bildirib.
Yerli mətbuatın xəbərlərinə görə, cinayətkar restorana girən kimi iki nəfərə atəş açıb, içəridəki digər müştərilər təlaş içində çölə qaçıblar.
Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və silahlı şəxsin tutulması üçün əməliyyata başlayıb.