Gəncədə təcili tibbi yardım maşını ağaca çırpılıb, xəsarət alan var

Gəncədə təcili tibbi yardım maşını ağaca çırpılıb, xəsarət alan var backend

Gəncə şəhərində 103 təcili tibbi yardım maşını idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşının idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində, avtomobilin sürücüsü Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə xəstə olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Diaspora