Diplomat Vəhdət Sultanzadə vəfat edib

Diplomat Vəhdət Sultanzadə vəfat edib backend

Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Mərhum ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (55 il) ərzində müxtəlif rəhbər vəzifələri tutub. Keçmiş SSRİ-nin mükafatları ilə təltif edilib. Birləşmiş Millətlər Təşkilatının “Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə” yubiley medalı ilə mükafatlandırılıb. Müxtəlif missiyaların tərkibində İndoneziyada, Pakistanda, Efiopiyada, Meksikada və digər ölkələrdə fəaliyyət göstərib.

Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 6 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin məzunudur.  

O, 1970-1980-ci illərdə səfirlikdə müxtəlif vəzifələr tutub. SSRİ-nin İran İslam Respublikasındakı konsulu olub. 1-ci dərəcəli Müşavir diplomatik dərəcəsini alıb.

2006-2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib.

“Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə” Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söýgüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib.

2010-2015-ci illər aralığında Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

2015-ci ildə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. (Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı).

Diaspora