Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb

Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb backend

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda minaya düşən buldozerlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

18:58

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam - Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb.

Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora