Türkiyə Milli Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər cismin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
“Martın 26-da Bosfor ərazisində mülki kommersiya gəmisi tərəfindən minaya bənzəyən cismin aşkarlandığı haqda məlumat alınandan dərhal sonra sahil mühafizə dəstələri operativ şəkildə hadisə yerinə göndərilib. Minaya oxşayan cisim sualtı müdafiə qüvvələri tərəfindən nəzarətə alınaraq zərərsizləşdirilib”, - məlumatda deyilir.
Mənbə: TASS