Rusiya hərbçilərinə əsir düşən azərbaycanlı tələbədən xəbər var

Rusiya hərbçilərinə əsir düşən  azərbaycanlı tələbədən xəbər var backend

Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizimlə (valideynləri ilə - Red.) danışıb, yaxşı olduğunu bildirdi".

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomobildə olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.

Diaspora