Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahla güllələnərək qətlə yetirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.
Məlumata görə, S.Şirəliyev Emin Səfərovun xalası oğludur.
08:45
Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
“Qafqazinfo” qətlin baş verdiyi yerdən fotolar əldə edib.
Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.