Füzuli şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.
APA-nın xəbərinə görə, qəza nəticəsində xəsarət alan İlqar Hümbətov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
***
13.53
Füzuli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən APA-ya verilən xəbərə görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Füzuli RPŞ-də araşdırma aparılır.