Bakıda fəaliyyət göstərən kafelərdən birində siçovulun gəzməsini əks etdirən videogörünütlər yayılıb.
Qaziler.az xəbər verir ki, görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb.
O qeyd edib ki, videonu metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Kardeşler” şirniyyat mağazasında çəkib.
Görüntülərdə gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi aydın şəkildə görünür.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, video ilə əlaqədar AQTA tərəfindən araşdırmalar başladılıb:
“Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.