Ukraynanın işğal olunmuş Melitopol şəhərində 10 nəfər rusiyalı hərbçisi şəhər meri İvan Fedorovu qaçırıblar.
UNİAN xəbər verir ki, bundan əvvəl o, Rusiya ilə əməkdaşlıq etməyi rədd edib, habelə şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalından bildirib ki, rusiyalı hərbçilər İ.Fedorovu böhran mərkəzində çalışdığı zaman aparıblar.