Bakıda bölmənin qarşısında qadının həyat yoldaşını bıçaqlaması həqiqətə uyğun deyil - DİN

Bakıda bölmənin qarşısında qadının həyat yoldaşını bıçaqlaması həqiqətə uyğun deyil -  DİN backend

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.

Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb.

H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib.Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.

Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib, onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib.

Araşdırmaların yekununda və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

Diaspora