Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
Apa-nın şimal bürosu xəbər verir ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər həlak olub.
M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.