Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasının ardından Azərbaycan vətəndaşlarının təxliyə olunmaq üçün üz tutduqları ölkələrdən biri Polşada xoşagəlməz hadisə yaşanıb.
Qaziler.az Bizim.Media-ya istinadla xəbər verir ki, Azərbaycan evinin qarşısında yığışan insanlarla polis arasında gərginlik yaşanıb.
Gözyaşardıcı qazdan zəhərlənən İbrahimov Seymur Nizami oğlu Varşavada xəstəxanaya aparılıb.
Sosial şəbəkələrdə paylaşılan videoda Ukraynadan təxliyə edilən həmyerlilərimizin yağış altında küçədə köməksiz qaldığı vurğulanıb.