Rusiyanın Kursk vilayətinin Tyotkino kəndində sursat anbarı partlayıb.
Bu barədə sosial şəbəkələrdə video yayılıb.
Partlayışa səbəb kimi hərbi texnikanın təmiri zamanı qaydalara riayət edilmədiyi göstərilib.
Vilayətin qubernatoru Roman Starovoyt “Telegram” kanalında hadisə barədə qeyd edərək, təxminən 300 nəfərin təxliyə olunduğunu bildirib.