Ukraynada əsir götürülən növbəti rusiyalı hərbçinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
O, telefon vasitəsilə anası ilə söhbətində ölkədəki mövcud reallıqlardan danışıb.
“Burada əsl xaos yaşanır. Bizimkilər mülki şəxslərə atəş açır, uşaq bağçaları, xəstəxanaları dağıdır. Burada dinc həyat hökm sürürdü”, -deyə o, bildirib.
O, anasını Əsgər Valideynləri Komitəsi və digər aidiyyəti qurumlara şikayət etməyə çağırıb.